​SOCAR Ukraynanın cənubunda daha bir yanacaqdoldurma stansiyası istifadəyə verib

​SOCAR Ukraynanın cənubunda daha bir yanacaqdoldurma stansiyası istifadəyə verib Ödəniş nağd pulla, bank və yanacaq kartları, həmçinin “Level” bonus kartları ilə həyata keçirilir
Energetika
17 Mart , 2015 20:08
​SOCAR Ukraynanın cənubunda daha bir yanacaqdoldurma stansiyası istifadəyə verib

Bakı. 17 mart. REPORT.AZ/ SOCAR Ukraynanın cənubunda iri sənaye mərkəzi kimi tanınan Nikolayev vilayətində “SOCAR” brendi ilə fəaliyyət göstərən sayca 7-ci yanacaqdoldurma stansiyasını istifadəyə verib. Bu barədə "Report"a Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən (SOCAR) məlumat verilib.

Məlumata görə, Nikolayev şəhərinin iki yaşayış mikrorayonunu birləşdirən yolun üzərində yerləşən stansiya SOCAR-ın Ukraynada üzən yanacaqdoldurma məntəqələri də daxil olmaqla 50-ci brend aktividir. Yeni YDM-də Polşa, Litva, Belarusun aparıcı neft emalı zavodlarında “Avro-5” ekoloji standartlarına uyğun istehsal olunmuş yanacaq - Aİ-92, Aİ-95, Aİ-95 “Nano” benzinləri, “Nano” dizel yanacağı və mayeləşdirilmiş qaz reallaşdırılır. Təkərlərin doldurulması, avtomobillərin su təchizatı, Wi-Fi, mobil telefonların enerji təchizatı, avtomobil dayanacağı kimi xidmətlər pulsuzdur. YDM ərazisində fəaliyyət göstərən kafedə müştərilərə Azərbaycan milli mətbəxinin nümunələri təklif olunur. Ödəniş nağd pulla, bank və yanacaq kartları, həmçinin “Level” bonus kartları ilə həyata keçirilir.

Son xəbərlər

Orphus sistemi