SOCAR Tbilisidə yeni xidmət mərkəzi açıb

SOCAR Tbilisidə yeni xidmət mərkəzi açıb Xidmət mərkəzi Vake rayonunun Çolokaşvili küçəsində yerləşir
Energetika
25 Dekabr , 2015 16:06
SOCAR Tbilisidə yeni xidmət mərkəzi açıb

Bakı. 25 dekabr. REPORT.AZ/ Gürcüstanda fəaliyyət göstərən “SOCAR Georgia Petrolium” şirkəti Tbilisinin Vake rayonunun Çolokaşvili küçəsində yeni xidmət mərkəzini açıb.

"Report" Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətinə istinadən xəbər verir ki, iki böyük xidmət mərkəzinin birləşməsi nəticəsində yaradılmış mərkəzdə müştərilərə universal operatorlar xidmət göstərəcəklər.

"SOCAR Georgia Petrolium"un məqsədi hər bir müştəriyə fərdi yanaşmanı təmin etmək, xoş atmosfer yaratmaq və yüksək keyfiyyətli xidmət göstərməkdir. Ötən il ərzində şirkətdə əhəmiyyətli dərəcədə dəyişikliklər baş verib, məhsulun və xidmətin keyfiyyəti yüksəlib", - deyə SOCAR-dan bildirilib.

Son xəbərlər

Orphus sistemi