SOCAR TANAP layihəsindəki payının maliyyələşdirilməsinə başlayır

SOCAR TANAP layihəsindəki payının maliyyələşdirilməsinə başlayır SOCAR və Türkiyənin BOTAS şirkəti layihənin 88% səhmlərinə malikdir
Energetika
1 Aprel , 2015 12:11
SOCAR TANAP layihəsindəki payının maliyyələşdirilməsinə başlayır

Bakı. 1 aprel. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Transanadolu Qaz Kəməri (TANAP) layihəsində şəxsi  iştirak payının maliyyələşdirilməsinə başlayır.

"Report" "Cistran Finance"a istinadən xəbər verir ki, SOCAR və Türkiyənin BOTAS şirkəti layihənin 88% səhmlərinə malikdir. Qalan 12% səhmləri BP şirkəti almaq niyyətindədir. 

Qeyd edək ki, TANAP layihəsi 2018-ci ildə Türkiyəyə, 2020-ci ildə isə avropa istehlakçılarına qaz tədarük etməlidir. 

Boru kəmərinin tikintisi üçün "Sicim-Yuksel-Akkord Adi Ortakligi", "Tefken Insaat ve Tesisat A.S." və "Fernas Insaat A.S." şirkətləri seçilib. 

Son xəbərlər

Orphus sistemi