SOCAR prezidenti Maltanın baş naziri ilə görüşüb - YENİLƏNİB

SOCAR prezidenti Maltanın baş naziri ilə görüşüb - YENİLƏNİB Rövnəq Abdullayev və Cozef Muskat enerji sahəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər
Energetika
7 Sentyabr , 2015 11:38
SOCAR prezidenti Maltanın baş naziri ilə görüşüb - YENİLƏNİB

ilk xəbər saat 10:01-də verilib


Bakı. 7 sentyabr. REPOR.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev Maltaya səfəri çərçivəsində bu ölkənin baş naziri Cozef Muskat (Joseph Muscat) ilə görüşüb.

"Report" Malta mətbuatına istinadən xəbər verir ki, görüşdə enerji sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub.

Görüşdə Maltanın energetika naziri Konrad Mizzi (Konrad Mizzi) də iştirak edib.

***

SOCAR-ın mətbuat xidmətindən isə "Report"a bildirilib ki, görüşdə SOCAR-ın bu ölkədə həyata keçirdiyi investisiya layihəsi də müzakirə edilib, layihənin qrafikə uyğun şəkildə uğurla icra edildiyi qeyd olunub.

Tərəflər Azərbaycan və Malta arasında enerji sahəsində əməkdaşlığın inkişaf etdirilməsi üçün mövcud imkanlardan danışıb, investisiya layihələrinin genişləndirilməsi perspektivlərini nəzərdən keçirib.

R.Abdullayev Azərbaycan neft-qaz sənayesində əldə olunan nailiyyətlər, ölkə daxilində və xaricdə həyata keçirilən genişmiqyaslı enerji layihələri barədə məlumat verib.

Malta hökumətinin başçısı isə ötən il Bakıya səfərini xatırladaraq, neft və qaz sektorunda strateji əməkdaşlıq haqqında imzalanmış anlaşma memorandumunun əlaqələrin daha da genişləndirilməsi üçün yaxşı imkan yaratdığını qeyd edib.

Son xəbərlər

Orphus sistemi