SOCAR ötən ay Supsa limanından 176 min ton neft ixrac edib

SOCAR ötən ay Supsa limanından 176 min ton neft ixrac edib Bu ilin ilk rübündə Supsa limanından 600 min tona yaxın neft ixrac olunub
Energetika
1 Aprel , 2016 17:41
SOCAR ötən ay Supsa limanından 176 min ton neft ixrac edib

Bakı. 1 aprel. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 2016-cı ilin mart ayında Supsa limanından (Qara dəniz, Gürcüstan) 176 335 ton xam neft ixarc edib.

"Report" SOCAR-a istinadən xəbər verir ki, bu göstərici ötən ilin mart ayından 30% az olub.

Ümumilikdə yanvar-mart ayları ərzində Supsa limanından 599 600 ton xam neft ixrac olunub ki, bu göstərici ötən ilin birinci rübündən 21% azdır.

Qeyd edək ki, SOCAR tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də şirkətin özünə məxsus xam neft həcmlərini əks etdirir.

Xam neft Supsa limanına Bakı-Supsa kəməri adlandırılan Qərb İxrac Boru Kəməri vasitəsilə nəql olunur. Bu boru kəməri ilə Xəzərin Azərbaycan sektorundakı “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan çıxarılan neftin bir hissəsi dünya bazarına daşınır. Kəmər 1999-cu il aprelin 17-də istifadəyə verilib, illik ötürücülük qabiliyyəti 7 mln. tondur.

Son xəbərlər

Orphus sistemi