SOCAR Novorossiysk limanından neft nəqlini 88% artırıb

SOCAR Novorossiysk limanından neft nəqlini 88% artırıb Aprel ayında Novorossiysk limanından 159,6 min ton xam neft ixrac edilib
Energetika
2 May , 2016 16:54
SOCAR Novorossiysk limanından neft nəqlini 88% artırıb

Bakı. 2 may. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 2016-cı ilin aprel ayında Novorossiysk limanından (Qara dəniz, Rusiya) 159 599 ton xam neft ixrac edib. "Report" SOCAR-a istinadən xəbər verir ki, bu göstərici ötən ilin aprel ayından 88% çoxdur.

Ümumilikdə bu ilin yanvar-aprel ayları ərzində Novorossiysk limanından 239 536 ton xam neft ixrac olunub, bu da ötən ilin müvafiq dövründən 53% azdır.

Qeyd edək ki, SOCAR martın 1-dən etibarən Novorossiysk istiqamətində neft nəqlini bərpa edib. Azərbaycan neftinin 2016-cı ildə Bakı-Novorossiysk kəməri ilə nəqli barədə saziş "Transneft" və SOCAR arasında bu ilin fevral ayının sonunda rəsmiləşdirilib.

Bakı-Novorossiysk kəməri xam neftin şimal istiqamətində nəqli üçün inşa olunub. Bu kəmərlə xam neft Rusiya ərazisindən keçməklə Novorossiysk limanına nəql olunur. Bununla bağlı müvafiq müqavilə 1996-cı il fevralın 18-də Moskvada imzalanıb. İlk neft 1997-ci il oktyabrın 25-də dünya bazarına çıxarılıb.

Son xəbərlər

Orphus sistemi