SOCAR: Neft hasilatının orta maya dəyəri 20 dollar/bareldir

SOCAR: Neft hasilatının orta maya dəyəri 20 dollar/bareldir Elşad Nəsirov İsveçrənin SRF telekanalına müsahibə verib
Energetika
25 Yanvar , 2016 17:41
SOCAR: Neft hasilatının orta maya dəyəri 20 dollar/bareldir

Bakı. 25 yanvar. REPORT.AZ/ Azərbaycanda neft hasilatının maya dəyəri 25 dollar/bareldən aşağıdır.

"Report" SOCAR-a istinadən xəbər verir ki, bunu şirkətin sərmayələr və marketinq üzrə vitse-prezidenti Elşad Nəsirov İsveçrənin SRF telekanalına müsahibəsində bildirib.

"Sirr deyil ki, biz nefti quruda və dənizdə hasil edirik. Neft hasilatının maya dəyəri də fərqlidir. Quruda köhnəlmiş yataqlardan nefti hasil etmək, əlbəttə, dənizdə olan yeni yataqlardakı hasilatdan daha çox xərc tələb edir. Beləliklə, neftin hasilatı bizə orta hesabla 20 dollara başa gəlir", - deyə E.Nəsirov əlavə edib.


Son xəbərlər

Orphus sistemi