​SOCAR-ın “Tullantı Mərkəzi”nin ərazisində iməcilik keçirilib

​SOCAR-ın “Tullantı Mərkəzi”nin ərazisində iməcilik keçirilib İməcilikdə 70 ədəd zeytun və Eldar şamı ağacı əkilib
Energetika
5 Oktyabr , 2015 19:40
​SOCAR-ın “Tullantı Mərkəzi”nin ərazisində iməcilik keçirilib

Bakı. 5 oktyabr. REPORT.AZ/ Oktyabrın 3-də Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Ekologiya İdarəsinin 40 nəfər əməkdaşının iştirakı ilə “Tullantı Mərkəzi”nin ərazisində növbəti iməcilik keçirilib.

"Report" SOCAR-ın mətbuat xidmətinə istinadən xəbər verir ki, iməcilikdə 70 ədəd zeytun və Eldar şamı ağacı əkilib, dirəklər basdırılıb və suvarma işləri aparılıb.

Tədbir iştirakçıları abadlıq işləri aparıb, 200-ə yaxın müxtəlif növ ağacın dibini yumşaldıb, yaşıllıqlara aqrotexniki qulluq göstərib, ərazini alaq otlarından təmizləyiblər. Ekologiya İdarəsi tərəfindən iməciliklərin növbəti həftələrdə də keçirilməsi nəzərdə tutulub.                               

Son xəbərlər

Orphus sistemi