Bakı. 5 oktyabr. REPORT.AZ/ Oktyabrın 3-də Azərbaycan Dövlət Neft Şirkətinin (
"Report" SOCAR-ın mətbuat xidmətinə istinadən xəbər verir ki, iməcilikdə 70 ədəd zeytun və Eldar şamı ağacı əkilib, dirəklər basdırılıb və suvarma işləri aparılıb.
Tədbir iştirakçıları abadlıq işləri aparıb, 200-ə yaxın müxtəlif növ ağacın dibini yumşaldıb, yaşıllıqlara aqrotexniki qulluq göstərib, ərazini alaq otlarından təmizləyiblər. Ekologiya İdarəsi tərəfindən iməciliklərin növbəti həftələrdə də keçirilməsi nəzərdə tutulub.