​SOCAR-ın Rumıniyada təşkil etdiyi AVRO-2016 ilə bağlı kampaniya yekunlaşıb

​SOCAR-ın Rumıniyada təşkil etdiyi AVRO-2016 ilə bağlı kampaniya yekunlaşıb İyulun 10-da AVRO-2016-nın finalını izləyəcək qalib müəyyən olunub
Energetika
5 İyul , 2016 11:58
​SOCAR-ın Rumıniyada təşkil etdiyi AVRO-2016 ilə bağlı kampaniya yekunlaşıb

Buxarest. 5 iyul. REPORT.AZ/ Buxarestdə SOCAR-ın Rumıniyadakı törəmə şirkəti “SOCAR Petroleum SA”-nın təşkil etdiyi “SOCAR-la Fransada keçiriləcək AVRO-2016-nın finalına doğru” kampaniyası yekunlaşıb. “Report”un Şərqi Avropa Bürosu xəbər verir ki, paytaxtdakı “SOCAR” brendi ilə fəaliyyət göstərən YDM-lərin birində təşkil olunan kampaniyanın son mərhələsinin qalibi iyulun 10-da Fransada keçiriləcək futbol üzrə Avropa çempionatının final oyununa 2 nəfərlik bilet qazanıb.

15 mart – 30 iyun tarixlərini əhatə edən son mərhələdə SOCAR-ın Rumıniya ərazisində fəaliyyət göstərən 34 YDM-də 60 litr həcmində yanacaq alan hər bir müştəri lotereya kuponu əldə edərək kampaniyada iştirak etmək hüququ qazanıb. Qeyd edək ki, indiyədək kampaniya çərçivəsində 25 qalib AVRO-2016-nın qrup oyunlarını canlı izləyib. Qaliblər, həmçinin təyyarə ilə gediş – dönüş biletləri və hotellə təmin olunublar. Xatırladaq ki, “SOCAR-la Fransada keçiriləcək AVRO-2016-nın finalına doğru” kampaniyası 15 mart – 30 iyun tarixlərini əhatə edib. 

Son xəbərlər

Orphus sistemi