​SOCAR-ın 144 saylı estakadayanı meydançası təmir edilib

​SOCAR-ın 144 saylı estakadayanı meydançası təmir edilib Əsaslı təmir işlərinə 2014-cü ilin yanvar ayından başlanılmışdı
Energetika
26 Dekabr , 2014 17:05
​SOCAR-ın 144 saylı estakadayanı meydançası təmir edilib

Bakı. 26 dekabr. REPORT.AZ/ N.Nərimanov adına Neft və Qaz Çıxarma İdarəsinin istismar etdiyi 144 saylı estakadayanı meydança təmir edilib. Bu barədə "Report"a SOCAR-ın mətbuat xidmətindən məlumat verilib.

“Neftqaztikinti” Tresti tərəfindən “Azneft” İB-nin sifarişi əsasında həyata keçirilən əsaslı təmir işləri çərçivəsində 32 ədəd möhkəmləndirici svay vurulub, 6 ədəd metal lövhə, 6 ədəd KMR tipli rigel və 24 ədəd PKP tipli dəmir-beton tava quraşdırılıb. Meydançanın bu ilin sonunadək istismara təhvil verilməsi planlaşdırılır.

Qeyd edək ki, əsaslı təmir işlərinə 2014-cü ilin yanvar ayından başlanılıb.

Son xəbərlər

Orphus sistemi