SOCAR İsveçrə bazarında fəaliyyətini genişləndirmək istəyir

SOCAR İsveçrə bazarında fəaliyyətini genişləndirmək istəyir Elşad Nəsirov: "Şərqi və Qərbi Avropada fəaliyyətimizi inkişaf etdirmək fikrimiz var"
Energetika
25 Yanvar , 2016 18:04
SOCAR İsveçrə bazarında fəaliyyətini genişləndirmək istəyir

Bakı. 25 yanvar. REPORT.AZ/ "Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Şərqi və Qərbi Avropada fəaliyyətini inkişaf etdirmək fikrimiz var".

"Report" SOCAR-a istinadən xəbər verir ki, bunu şirkətin sərmayələr və marketinq üzrə vitse-prezidenti Elşad Nəsirov İsveçrənin SRF kanalında müsahibəsində bildirib.

"Əlbəttə, ixrac gəlirlərinin azaldığı dövrdə sərmayə qoymaq çətinləşir. Lakin bu şəraitdə də sərmayə qoymaq məqsədəuyğun ola bilər. Bunu ona görə edirik ki, ölkəmizdə ixrac gəlirlərinin azalması müqabilində xaricdəki xidmət sektorundan ölkəmizə daha çox gəlir gəlsin", - deyə SOCAR-ın vitse-prezidenti qeyd edib. 

Avropada hansı ölkələrə sərmayə qoyulmasının planlaşdırılmasına gəlincə, o, xüsusilə İsveçrəni vurğulayıb.

Hansısa şirkətin SOCAR tərəfindən alınması ilə bağlı plana isə E.Nəsirov elə bir konkret təklif olmadığını, lakin İsveçrə bazarında şirkətin fəaliyyətini genişləndirə biləcəyini qeyd edib.

"Biz bu imkanları araşdırırıq, lakin hazırda real bir imkan görünmür", - deyə o əlavə edib.

Qeyd edək ki, SOCAR-ın nümayəndə heyəti Davosda Dünya İqtisadi Forumu çərçivəsində keçirlən tədbirlərdə iştirak edib.

Son xəbərlər

Orphus sistemi