SOCAR əhalini iş dəllalları ilə ehtiyatlı olmağa çağırıb

SOCAR əhalini iş dəllalları ilə ehtiyatlı olmağa çağırıb Departament rəisi: "Dəllalların toruna düşənlər həm SOCAR-a, həm də hüquq-mühafizə orqanlarına müraciət edə bilər"
Energetika
20 Fevral , 2015 14:17
SOCAR əhalini iş dəllalları ilə ehtiyatlı olmağa çağırıb

Bakı. 20 fevral. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) işə qəbulla bağlı işbazlar tərəfindən aldadılan vətəndaşlar hüquq-mühafizə orqanlarına müraciət edə bilər. “Report” xəbər verir ki, bunu SOCAR-ın İnsan resursları Departamentinin rəisi Asif Bəkirli şirkətin jurnalistlər üçün təşkil etdiyi Qış Məktəbində çıxışı zamanı deyib.

A.Bəkirlinin sözlərinə görə, hazırda SOCAR-a işə qəbulla bağlı işbazlar tərəfindən aldadılan 15-ə qədər şəxs hüquq-mühafizə orqanlarına müraciət edib: “Dəllalların toruna düşənlər həm SOCAR-a, həm də hüquq-mühafizə orqanlarına müraciət edə bilərlər. Məndə olan məlumata görə, hardasa 12-15 müraciət hüquq mühafizə orqanlarında araşdırılır. Açığı deyim ki, biz belə müraciətləri KİV-dən xəbər tuturuq”.

Son xəbərlər

Orphus sistemi