Bakı. 29 aprel. REPORT.AZ/ Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (
R.Abdullayev qonaqlara SOCAR-ın fəaliyyət istiqamətləri haqqında ətraflı məlumat verərək, şirkətin ölkə daxilində və xaricdə həyata keçirdiyi layihələrin əhəmiyyətindən danışıb, Cənub Qaz Dəhlizinin Avropanın enerji təhlükəsizliyində mühüm yer tutduğunu vurğulayıb.
Belçikanın dövlət katibi P. de Kremer SOCAR-ın regionda həyata keçirdiyi layihələr haqqında məlumatlı olduqlarını və şirkətin bu istiqamətdə fəaliyyətini dəstəklədiklərini qeyd edib. O, Belçikada enerji sektorunda fəaliyyət göstərən və bu sektorla əməkdaşlıq edən çoxlu sayda şirkətin olduğunu, bu şirkətlərdən bir çoxunun hazırkı nümayəndə heyətində təmsil edildiyini söyləyib. Sonra o, nümayəndə heyətinin üzvlərini SOCAR prezidentinə təqdim edib.
Belçika şirkətlərinin təmsilçiləri Azərbaycanla müxtəlif sahələrdə, xüsusilə enerji sahəsində əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduqlarını bildirib, müxtəlif təkliflər səsləndiriblər.
SOCAR prezidenti R.Abdullayev Azərbaycanda xarici investisiyaların qorunduğunu və təşviq edildiyini, əməkdaşlıq üçün əlverişli mühitin olduğunu diqqətə çatdırıb və xarici sərmayələrin iştirakı ilə həyata keçirilən layihələr, o cümlədən Sumqayıt Kimya Texnoparkı haqqında qonaqlara məlumat verib.
O, bu layihələrin iştirakçılarına dövlət tərəfindən əhəmiyyətli güzəştlər edildiyini açıqlayıb. R.Abdullayev Belçika şirkətlərini SOCAR-ın layihələri ilə bağlı elan olunan tenderlərdə iştiraka dəvət edib.
Görüşdə tərəfləri maraqlandıran digər məsələlər də müzakirə olunub.