​SOCAR bu il neft hasilatını 7 mln. tona çatdırıb

​SOCAR bu il neft hasilatını 7 mln. tona çatdırıb Oktyabrda neft hasilatı 700 min tona yaxın olub
Energetika
24 Noyabr , 2015 12:16
​SOCAR bu il neft hasilatını 7 mln. tona çatdırıb

Bakı. 24 noyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) bu ilin yanvar-oktyabr ayları ərzində 6 909,1 min ton neft hasil edib. "Report" SOCAR-a istinadən xəbər verir ki, neft hasilatı bu ilin 10 ayında ötən ilin müvafiq dövrünə nisbətən 1,5% azalıb.

Hesabat dövründə hasil olunan neftin 695 min tonu oktyabr ayının payına düşüb.

Oktyabrda hasil olunan neft ötən ilin oktyabr ayından 1,9% az olub.

Qeyd edək ki, bu il SOCAR-a məxsus yataqlardan 8,3 mln. ton neft hasilatı planlaşdırılır.

Son xəbərlər

Orphus sistemi