SOCAR bu il 2,5 mln. ton xam neft hasil edib

SOCAR bu il 2,5 mln. ton xam neft hasil edib Apreldə şirkətin hasil etdiyi xam neftin həcmi 624,5 min ton təşkil edib
Energetika
20 May , 2016 11:52
SOCAR bu il 2,5 mln. ton xam neft hasil edib

Bakı. 20 may. REPORT.AZ/Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 2 522,7 min ton xam neft hasil edib.

"Report" SOCAR-a istinadən xəbər verir ki, bu ilin 4 ayında şirkətin hasil etdiyi xam neftin həcmi ötən ilin müvafiq dövrünə nisbətən 8,5% azdır.

Bu ilin 4 ayında şirkətin hasil etdiyi xam neftin 624,5 min tonu aprel ayının payına düşüb ki, bu da ötən ilin aprel ayından 8,7% azdır.

Son xəbərlər

Orphus sistemi