Qərargah: Daha bir nəfər neftçi xilas edilib - YENİLƏNİB

Qərargah: Daha bir nəfər neftçi xilas edilib - YENİLƏNİB Əməliyyat davam etdirilir ​
Energetika
5 Dekabr , 2015 21:33
Qərargah: Daha bir nəfər neftçi xilas edilib - YENİLƏNİB

İlk xəbər saat 12:59-da verilib

Bakı. 5 dekabr. REPORT.AZ/ 

Qərargahda verilən son məlumata görə, qəza ilə əlaqədar həyata keçirilən axtarış-xilasetmə işləri nəticəsində daha bir nəfər xilas olunub. Əməliyyat davam etdirilir.

Xatırladaq ki, bundan əvvəl verilən məlumata görə 33 nəfər xilas edilib.

*** 17:22

"Qərargahda olan son məlumata görə, artıq 33 nəfər xilas edilib. Xilasetmə işləri hazırda davam etdirilir", - deyə "Report"a bildirilib.

***12:59

"Artıq qayıqlarda olan iki nəfər xilas edilərək xilasedici gəmiyə mindirilib". Bu barədə "Report"a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyində hadisə ilə bağlı yaradılmış qərargahdan bildirilib.

Məlumata görə, xilasetmə əməliyyatlarına Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və FHN-in əməkdaşları cəlb edilib.

Xilasetmə əməliyyatlarının havadan helikopeterlər, dənizdən isə gəmilər vasitəsi ilə aparıldığı deyilir: "Əldə etdiyimiz məlumata görə, iki nəfər artıq xilas edilərək xilasedici gəmiyə mindirilib".

Qərargahdan SOCAR rəhbərliyinin hələ də hadisə yerində olduğu bildirilib: "Başda şirkətin prezidenti Rövnəq Abdullayev olmaqla bütün rəhbərlik hadisə yerindədir. Xilasetmə əməliyyatları davam etdirilir".

Qeyd edək ki, dekabrın 4-də baş verən güclü tufan saat 17:40 radələrində Xəzərdə “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə qaz xəttini sıradan çıxarıb, nəticədə yanğın baş verib. Hadisə ilə bağlı FHN-in xilasetmə dəstələri tərəfindən Xəzər Dəniz Gəmiçiliyinin “Vixr-9” və “Topaz” yanğınsöndürən gəmiləri, habelə “Avyor” dalğıc və “Samir Quliyev” yedək gəmiləri vasitəsi ilə təxliyyə işləri həyata keçirilir.

Son xəbərlər

Orphus sistemi