Seçin: "Beynəlxalq sanksiyaların təsiri ilə heç bir layihəni dayandırmadıq"

Seçin: "Beynəlxalq sanksiyaların təsiri ilə heç bir layihəni dayandırmadıq" "Rosneft" şirkətinin rəhbəri Tokioda keçirilən "Rusiya-Yaponiya: enerji körpüsü" adlı konfransda çıxış edib
Energetika
6 Noyabr , 2015 08:22
Seçin: Beynəlxalq sanksiyaların təsiri ilə heç bir layihəni dayandırmadıq

Bakı. 6 noyabr. REPORT.AZ/ Rusiyaya qarşı tətbiq olunan sanksiyalar "Rosneft" şirkətinin planlarına təsir etməyib. Şirkətin beynəlxalq investorların iştirakı ilə həyata keçirdiyi heç bir layihə bağlanmayıb.

"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə "Rosneft" şirkətinin idarə heyətinin sədri İqor Seçin bildirib.

Tokioda keçirilən "Rusiya-Yaponiya: enerji körpüsü" adlı konfransda çıxış edən Seçin qeyd edib ki, "Rosneft"ABŞ və Avropa İttifaqı dövlətləri ilə əvvəlki kimi iş aparır.

Şirkət rəhbəri həmçinin qeyd edib ki, hazırda dünya neft bazarında rəqabət mühitinin formalaşması OPEK-dən daha çox, ABŞ-dan asılıdır.

Son xəbərlər

Orphus sistemi