Sabah ​Quba və Sumqayıt şəhərinin təbii qaz təchizatında məhdudiyyətlər olacaq

Sabah ​Quba və Sumqayıt şəhərinin təbii qaz təchizatında məhdudiyyətlər olacaq Qaz verilişində fasiləyə səbəb qaz xətlərində aparılacaq təmir işləridir
Energetika
7 İyun , 2016 19:42
Sabah ​Quba və Sumqayıt şəhərinin təbii qaz təchizatında məhdudiyyətlər olacaq

Bakı. 7 iyun. REPORT.AZ/ İyunun 8-də saat 09:00-dan etibarən Sumqayıt şəhərinin "Yaşıl dərə" yaşayış massivi, "Metallurq" bağları, 48-ci məhəllə, Corat qəsəbəsi və bağ massivinin, 20, 21-ci mikrorayonlar, 52-ci məhəllə, Novxanı, Saray bağları yaşayış sahələrində və Quba rayonunun bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq. 

Bu barədə “Report”a “Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, qaz verilişində fasiləyə səbəb yeni çəkilmiş diametri 57 mm-lik qaz xətlərinin qaz təchizatı mənbəyinə birləşdirilməsi, qaz xətlərində aparılacaq təmir işləri, istismarı dayandırılmış qaz xətlərinin şəbəkədan ayrılması olacaq. 

Son xəbərlər

Orphus sistemi