​Qubanın kəndlərindən birinə təbii qaz verilib - FOTO

​Qubanın kəndlərindən birinə təbii qaz verilib - FOTO Tədbirdə SOCAR prezidenti Rövnəq Abdullayev, "Azəriqaz " İstehsalat Birliyinin, rayon icra hakimiyyətinin təmsilçiləri iştirak ediblər
Energetika
3 Oktyabr , 2015 13:49
​Qubanın kəndlərindən birinə təbii qaz verilib - FOTO

Bakı. 3 oktyabr. REPORT.AZ/ Bu gün Qubanın Küçeyi kəndinə təbii qaz verilib. "Report"un xəbərinə görə, bu münasibətlə keçirilən tədbirdə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev, "Azəriqaz " İstehsalat Birliyinin, rayon icra hakimiyyətinin təmsilçiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. 

Tədbirdə bildirilib ki, 202 abonenti olan kəndin qazlaşdırılması üçün 14 414 metr müxtəlif diametrli borular və məhəllədaxili qaz xətləri çəkilib. Abonentlərin sayına uyğun olaraq 202 ədəd sayğac və qaz tənzimləyiciləri quraşdırılıb.

Tədbirdə çıxış edən Rövnəq Abdullayev əlamətdar hadisə münasibəti ilə kənd sakinlərini təbrik edib, son illər ölkənin hər yerində qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması istiqamətində görülmüş məqsədyönlü tədbirlərdən danışıb.

Onun sözlərinə görə, təbii qaz almayan yaşayış məntəqələrinin "mavi yanacaq"la intensiv şəkildə təmin olunması xalqımızın rifah halının daha da yaxşılaşmasına xidmət edir. 

Son xəbərlər

Orphus sistemi