"Qazprom": "Türk axını" layihəsi üzrə dörd boru xətti inşa ediləcək

"Qazprom": "Türk axını" layihəsi üzrə dörd boru xətti inşa ediləcək Bu xətlərdən ilkinin istifadəyə verilməsi üçün 4.3 milyard avro həcmində investisiya tələb olunur
Energetika
10 Avqust , 2015 21:32
Qazprom: Türk axını layihəsi üzrə dörd boru xətti inşa ediləcək

Bakı. 10 avqust. REPORT.AZ/ Rusiyanın "Qazprom" şirkəti "Türk axını" layihəsi çərçivəsində 11.4 milyard avro dəyərində dörd boru xəttinin inşa ediləciyi açıqladı.

"Report"-un RİA "Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, "Qazprom" rəsmisi Aleksey Serebrakov bildirib ki, bu xətlərdən ilkinin istifadəyə verilməsi üçün 4.3 milyard avro həcmində investisiya tələb olunur.

Xatırladaq ki, Rusiya qazının Türkiyə və Avropaya daşıyacaq "Türk axını" vasitəsi ilə hər il 63 mlrd. kubmetr qaz daşınmalı idi.

Son xəbərlər

Orphus sistemi