Yuxarı

"Qazprom": "Türk axını" layihəsi üzrə dörd boru xətti inşa ediləcək

Bu xətlərdən ilkinin istifadəyə verilməsi üçün 4.3 milyard avro həcmində investisiya tələb olunur

Bakı. 10 avqust. REPORT.AZ/ Rusiyanın "Qazprom" şirkəti "Türk axını" layihəsi çərçivəsində 11.4 milyard avro dəyərində dörd boru xəttinin inşa ediləciyi açıqladı.

"Report"-un RİA "Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, "Qazprom" rəsmisi Aleksey Serebrakov bildirib ki, bu xətlərdən ilkinin istifadəyə verilməsi üçün 4.3 milyard avro həcmində investisiya tələb olunur.

Xatırladaq ki, Rusiya qazının Türkiyə və Avropaya daşıyacaq "Türk axını" vasitəsi ilə hər il 63 mlrd. kubmetr qaz daşınmalı idi.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi