​PKK Türkiyə-İran qaz kəmərini partlatmaq istəyib

​PKK Türkiyə-İran qaz kəmərini partlatmaq istəyib Kəmərin altında quraşdırılan partlayıcı 5 kq trotil ekvivalentində olub
Energetika
4 Avqust , 2015 11:07
​PKK Türkiyə-İran qaz kəmərini partlatmaq istəyib

Bakı. 4 avqust. REPORT.AZ/ Türkiyənin Ağrı vilayətinin Eleşkirt qəsəbəsində İran-Türkiyə magistral qaz kəməri altında yerləşdirilən partlayıcı zərərsizləşdirilib. "Report" xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Məlumata görə, partlayıcını terrorçu Kürd Fəhlə Partiyası (PKK) yerləşdiribmiş.

Xəbərdə bildirilir ki, 5 kq trotil ekvivalentində olan partlayıcı boru kəmərinin altında aşkarlanıb. Ağrı valiliyindən verilən yazılı açıqlamaya görə, kəmərdə qazın axını dayandırılandan sonra partlayıcı zərərsizləşdirilib.

Hazırda, təbii yanacağın nəqli bərpa olunduğu bildirilir. Kəmərin təhlükəsizliyini gücləndirmək məqsədilə əraziyə əlavə təhlükəsizlik qüvvələri cəlb edilib.

Son xəbərlər

Orphus sistemi