"Petkim Holding"in mənfəətinin artacağı gözlənilir

"Petkim Holding"in mənfəətinin artacağı gözlənilir Holdinqin rüblük mənfəətinin 124,2 mln. lirə olduğu proqnozlaşdırılır
Energetika
26 Aprel , 2016 09:13
Petkim Holdingin mənfəətinin artacağı gözlənilir

Bakı. 26 aprel. REPORT.AZ/ Analitiklər "Petkim (PetroKimya) Holding A.Ş."-nin mənfəətinin bu ilin birinci rübündə 124,2 mln. Türkiyə lirəsi (TRY) olduğunu təxmin edirlər.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, "Forex"in sorğusuna görə, Holdinqin mənfəəti ilə bağlı orta ehtimal 117,3 mln. TRY, maksimal 152 mln. TRY, minimal isə 86 mln. TRY səviyyəsindədir.

Qeyd edək ki, Holdinqin 2015-ci ilin I rübündə xalis mənfəəti 49,6 mln. lirə təşkil edib. Sorğuda "İş Yatırım", "BGC Partners","Ziraat Yatırım", "BNP Paribas", "Ata Yatırım", "Deniz Yatırım", "Ak Yatırım", "Finansinvest", "Garanti Yatırım", "Halk Yatırım", "Deutsche Bank", "Global Menkul", HSBC və "Turkish Yatırım" iştirak edib. "Petkim"in rüblük hesabatını may ayının əvvəlində açıqlayacağı gözlənilir.

Son xəbərlər

Orphus sistemi