"Pemex"in rəhbəri: "2016-cı ilin sonuna qədər neftin qiyməti sabitləşəcək"

"Pemex"in rəhbəri: "2016-cı ilin sonuna qədər neftin qiyməti sabitləşəcək" Emilio Losoya: "Pemex"i çətin il gözləyir"
Energetika
19 Yanvar , 2016 11:20
Pemexin rəhbəri: 2016-cı ilin sonuna qədər neftin qiyməti sabitləşəcək

Bakı. 19 yanvar. REPORT.AZ/ "Yaxın iki-üç il ərzində neftə olan tələblə təklif arasındakı vəziyyət sabitləşəcək". "Report" xarici KİV-ə istinadən xəbər verir ki, bunu Meksika Dövlət Neft Şirkəti "Pemex"in rəhbəri Emilio Losoya deyib.

Onun sözlərinə görə, İrana qarşı tətbiq edilmiş sanksiyaların aradan qaldırılması dünya neft bazarında qiymətlərin vəziyyətinə təsir edə bilər. Belə ki, İran özü bazarda təklifi artıra bilər.

Amma E.Losoya hesab edir ki, vəziyyət sabitləşəcək: "Çin və Hindistanda hər keçən gün tələb artır. Odur ki, yaxın iki-üç ilə bazarda tələb-təklif sabitləşəcək. İndidən elə görünür ki, 2016-cı ilin sonuna qədər neftin qiyməti hazırkı rəqəmdən bir qədər yüksək səviyyədə sabitləşəcək".

O bildirib ki, dünya neft bazarındakı durumla əlaqədar olaraq, "Pemex"i çətin il gözləyir.

Son xəbərlər

Orphus sistemi