Neftin ucuzlaşması davam edir

Neftin ucuzlaşması davam edir "Brent" markalı neftin qiyməti 46 dollar, WTI-nin qiyməti isə 45 dollar həddinə yaxınlaşır
Energetika
14 Yanvar , 2015 09:36
Neftin ucuzlaşması davam edir

Bakı. 14 yanvar. REPORT.AZ/ Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin bir barelinin qiyməti 0,39% yaxud 0,18 dollar ucuzlaşaraq 45,89 ABŞ dolları təşkil edib.

"Report"un xəbərinə görə, birjalarda "Brent" markalı xam neftin qiymətində də azalma müşahidə olunub. Belə ki, "Brent"in bir bareli 1,80% və ya 0,84 dollar ucuzlaşaraq 46,59 dollara düşüb.

Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırkı vəziyyətdə qalarsa, 2015-ci il üzrə neftin orta qiymətinin 52 dollar/barell olacağı proqnozlaşdırılır.

İngilis versiyası Oil prices drop again

Son xəbərlər

Orphus sistemi