Neftin bahalaşması davam edir

Neftin bahalaşması davam edir "Brent" markalı neftin qiyməti 47,4 dollara çatıb, WTI-nin qiyməti isə 45,5 dolları üstələyib
Energetika
28 Aprel , 2016 08:14
Neftin bahalaşması davam edir

Bakı. 28 aprel. REPORT.AZ/ Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin qiyməti 1,5 dollar yaxud 3,41% bahalaşaraq 45,54 dollar/barel təşkil edib.

"Report"un məlumatına görə, "Brent" markalı neft isə 1,64 dollar və ya 3,59% bahalaşaraq 47,38 dollar/barelə bərabər olub.

Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırkı səviyyədə qalarsa, 2016-cı ildə neftin orta qiymətinin 51 dollar/barel olacağı gözlənilir.

Son xəbərlər

Orphus sistemi