​Dünya bazarında neft bahalaşmaqda davam edir

​Dünya bazarında neft bahalaşmaqda davam edir Hazırkı vəziyyətdə qalarsa, 2015-ci il üzrə neftin orta qiymətinin 59 dollar/barel olacağı proqnozlaşdırılır
Energetika
7 Fevral , 2015 09:21
​Dünya bazarında neft bahalaşmaqda davam edir

Bakı. 7 fevral. REPORT.AZ/ Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin bir barelinin qiyməti 2,34%, yaxud 1,21 dollar artaraq 51,69 dollar təşkil edib.

"Report"un verdiyi xəbərə görə, birjalarda "Brent" markalı xam neftin qiymətində də bahalaşma müşahidə olunub. Belə ki, "Brent"in bir barelinin qiyməti 2,13% və ya 1,23 dollar bahalaşaraq 57,80 dollar olub.

Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırkı vəziyyətdə qalarsa, 2015-ci il üzrə neftin orta qiymətinin 59 dollar/barel olacağı proqnozlaşdırılır.

Son xəbərlər

Orphus sistemi