Bakı. 17 fevral. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Neft Daşları” yatağındakı 1 887 nömrəli platformadan 2 680 nömrəli quyuda qazma işlərinə başlanılıb.
"Report"un verdiyi xəbərə görə, bu barədə SOCAR-ın yaydığı məlumatda bildirilir.
“Neft Daşları” NQÇİ-nin sifarişi ilə Kompleks Qazma İşləri Tresti tərəfindən Qirməkialtı lay dəstəsinə qazılan quyunun layihə dərinliyi 3 400 metrdir. Geoloqların hesablamalarına əsasən, quyudan sutkada 35 ton neft hasil olunacağı nəzərdə tutulur.