​"Neft Daşları" yatağında yeni quyu istismara verilib

​"Neft Daşları" yatağında yeni quyu istismara verilib Quyu “Neft Daşları” NQÇİ-nin sifarişi ilə qazılıb
Energetika
17 Mart , 2015 13:32
​Neft Daşları yatağında yeni quyu istismara verilib

Bakı. 17 mart. REPORT.AZ/ “Neft Daşları” yatağındakı 418A nömrəli meydançadan 2 633 nömrəli quyu qazmadan sonra istismara verilib.

“Report” Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) istinadən xəbər verir ki, Kompleks Qazma İşləri Tresti tərəfindən Qala Lay Dəstəsinə qazılan quyu 1 114-1 093 metr intervaldan sutkalıq 12 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib.

Qeyd edək ki, quyu “Neft Daşları” NQÇİ-nin sifarişi ilə qazılıb.

Son xəbərlər

Orphus sistemi