Bakı. 19 avqust. REPORT.AZ/ “Neft Daşları” yatağındakı 2 585 nömrəli stasionar dəniz özülündən 2 604 nömrəli quyu qazmadan sonra istismara verilib. Bu barədə "Report"a Azərbaycan Dövlət Neft Şirkətinin (
Kompleks Qazma İşləri Tresti tərəfindən Fasilə Lay Dəstəsinə qazılan quyu fontan üsulu ilə məhsul verib, 2 151-2 141 metr intervaldan sutkalıq 34 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib.
Qeyd edək ki, quyu “Azneft” İstehsalat Birliyinin “Neft Daşları” Neft və Qazçıxarma İdarəsinin sifarişi ilə qazılır.