​“Neft Daşları”nda yeni quyu istismara verilib

​“Neft Daşları”nda yeni quyu istismara verilib Quyu “Azneft” İstehsalat Birliyinin “Neft Daşları” Neft və Qazçıxarma İdarəsinin sifarişi ilə qazılır
Energetika
19 Avqust , 2015 15:38
​“Neft Daşları”nda yeni quyu istismara verilib

Bakı. 19 avqust. REPORT.AZ/ “Neft Daşları” yatağındakı 2 585 nömrəli stasionar dəniz özülündən 2 604 nömrəli quyu qazmadan sonra istismara verilib. Bu barədə "Report"a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətindən məlumat verilib.

Kompleks Qazma İşləri Tresti tərəfindən Fasilə Lay Dəstəsinə qazılan quyu fontan üsulu ilə məhsul verib, 2 151-2 141 metr intervaldan sutkalıq 34 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib.

Qeyd edək ki, quyu “Azneft” İstehsalat Birliyinin “Neft Daşları” Neft və Qazçıxarma İdarəsinin sifarişi ilə qazılır.

Son xəbərlər

Orphus sistemi