Dünya bazarında neft yenidən ucuzlaşıb

Dünya bazarında neft yenidən ucuzlaşıb "Brent"in bir barelinin qiyməti 0,21% və ya 0,12 dollar ucuzlaşaraq 56,29 dollar olub
Energetika
31 Mart , 2015 09:27
Dünya bazarında neft yenidən ucuzlaşıb

Bakı. 31 mart. REPORT.AZ/ Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin bir barelinin qiyməti 0,39%, yaxud 0,19 dollar ucuzlaşaraq 48,68 dollar təşkil edib.

"Report"un verdiyi xəbərə görə, birjalarda "Brent" markalı xam neftin qiymətində də ucuzlaşma müşahidə olunub. Belə ki, "Brent"in bir barelinin qiyməti 0,21% və ya 0,12 dollar ucuzlaşaraq 56,29 dollar olub.

Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırkı vəziyyətdə qalarsa, 2015-ci il üzrə neftin orta qiymətinin 55 dollar/barel olacağı gözlənilir.

Son xəbərlər

Orphus sistemi