Yuxarı

Dünya bazarında neft yenidən ucuzlaşıb

Brentin bir barelinin qiyməti 0,21% və ya 0,12 dollar ucuzlaşaraq 56,29 dollar olub

Bakı. 31 mart. REPORT.AZ/ Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin bir barelinin qiyməti 0,39%, yaxud 0,19 dollar ucuzlaşaraq 48,68 dollar təşkil edib.

"Report"un verdiyi xəbərə görə, birjalarda "Brent" markalı xam neftin qiymətində də ucuzlaşma müşahidə olunub. Belə ki, "Brent"in bir barelinin qiyməti 0,21% və ya 0,12 dollar ucuzlaşaraq 56,29 dollar olub.

Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırkı vəziyyətdə qalarsa, 2015-ci il üzrə neftin orta qiymətinin 55 dollar/barel olacağı gözlənilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi