Bakı. 13 yanvar. REPORT.AZ/ OPEC ötən ilin ortalarından dünya bazarında ucuzlaşan neftin qiymətini artıq qoruya bilmir. "Report" "France Press"ə istinadən xəbər verir ki, bunu Birləşmiş Ərəb Əmirliklərinin energetika naziri Süheyl əl-Mazrui deyib.
Onun sözlərinə görə, hazırda Şimali Amerikada şist neft hasilatının azaldılması vacibdir: "Biz neftin müəyyənləşdirlmiş qiymətini qoruyub, saxlaya bilmirik. Çünki bazarda şist neftinin həcmi həddindən artıqdır".
Xatırladaq ki, ötən gün Səudiyyə Ərəbistanının şahzadəsi dünya bazarında neftin qiymətinin bir daha 100 dollar olmayacağını bildirib.