"Report" xəbər verir ki, bu barədə şirkətin prezidenti Vahid Ələkbərov "İnterfaks"a müsahibəsində bildirib.
"Biz bu pula bel bağlamırıq. Mən hesab edirəm ki, Milli Rifah Fondunun pulları məhz əhalinin dəstəklənməsinə və bu gün çətin vəziyyətə düşən sahələrə sərf olunmalıdır", - deyə o bildirib.
Əvvəl məlumat verilmişdi ki, şirkət dörd layihənin reallaşdırılması üçün MRF-dan 200-250 milyard rubl vəsait istəyib.