​"LUKoyl" Milli Rifah Fondundan vəsait istəmək fikrindən imtina edib

​"LUKoyl" Milli Rifah Fondundan vəsait istəmək fikrindən imtina edib Bu barədə şirkətin prezidenti Vahid Ələkbərov məlumat verib
Energetika
27 Dekabr , 2014 00:12
​LUKoyl Milli Rifah Fondundan vəsait istəmək fikrindən imtina edib
Bakı. 26 dekabr. REPORT.AZ/ "LUKoyl" şirkəti Milli Rifah Fondundan (MRF) vəsait istəmək fikrindən imtina edib.

"Report" xəbər verir ki, bu barədə şirkətin prezidenti Vahid Ələkbərov "İnterfaks"a müsahibəsində bildirib.

"Biz bu pula bel bağlamırıq. Mən hesab edirəm ki, Milli Rifah Fondunun pulları məhz əhalinin dəstəklənməsinə və bu gün çətin vəziyyətə düşən sahələrə sərf olunmalıdır", - deyə o bildirib.

Əvvəl məlumat verilmişdi ki, şirkət dörd layihənin reallaşdırılması üçün MRF-dan 200-250 milyard rubl vəsait istəyib.

Son xəbərlər

Orphus sistemi