Kulevi terminalının yeni layihəsinin ətraf mühitə təsirinin qiymətləndirilməsi üzrə ictimai müzakirələr keçiriləcək

Kulevi terminalının yeni layihəsinin ətraf mühitə təsirinin qiymətləndirilməsi üzrə ictimai müzakirələr keçiriləcək İctimai müzakirələr martın sonunda olacaq
Energetika
20 Fevral , 2016 17:06
Kulevi terminalının yeni layihəsinin ətraf mühitə təsirinin qiymətləndirilməsi üzrə ictimai müzakirələr keçiriləcək

Bakı. 20 fevral. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Kulevidəki (Gürcüstan, Qara dəniz) neft terminalının yeni layihəsi üçün ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) üzrə ictimai müzakirələr keçiriləcək.

"Report" terminalın saytına istinadən xəbər verir ki, terminalda əlavə rezervuarın tikintisi ilə bağlı ƏMTQ üzrə ictimai müzakirələrin martın 29-da Xobi bələdiyyəsinin inzibati binasında keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, Kulevi neft terminalında əlavə rezervuarın tikintisi layihəsini SOCAR-ın "Neftqazelmitədqiqatlayihə" İnstitutu işləyib hazırlayıb.

Kulevi neft terminalı və limanı Gürcüstanın Xobi regionunda, Qara dəniz sahilində yerləşir. Terminal 2006-cı ildə SOCAR tərəfindən alınıb və 2008-ci ildə tikintisi başa çatdırılıb. Terminal 2008-ci ilin mayında istifadəyə verilib. Neft məhsullarının faktiki olaraq boşaldılmasına iyundan başlanıb. Kulevi terminalı neft və neft məhsullarının qəbulu, saxlanması və tankerlərə yüklənməsi üçün nəzərdə tutulub. Terminalın ötürmə gücü illik 10 mln. ton neft və neft məhsulları təşkil edir.

Son xəbərlər

Orphus sistemi