​Kompleks Qazma İşləri Trestinin “Anbar təsərrüfatı” ərazisində baş vermiş hadisənin səbəbləri araşdırılır

​Kompleks Qazma İşləri Trestinin “Anbar təsərrüfatı” ərazisində baş vermiş hadisənin səbəbləri araşdırılır O, hadisə yerinə çağrılmış təcili yardım maşını ilə Mərkəzi Neftçilər Xəstəxanasına aparılıb
Energetika
21 İyun , 2016 18:56
​Kompleks Qazma İşləri Trestinin “Anbar təsərrüfatı” ərazisində baş vermiş hadisənin səbəbləri araşdırılır

Bakı. 21 iyun. REPORT.AZ/ İyunun 20-də Kompleks Qazma İşləri Trestinin 1 saylı "Anbar təsərrüfatı" ərazisində avtokran vasitəsilə boruların yerdəyişməsi zamanı texniki kəmər açılıb, dağılan borulardan biri takelajçı, 1956-cı il təvəllüdlü Şahacanov Vladimir Fərhad oğlunun kürəyinə düşərək onu yaralayıb. 

Bu barədə “Report”a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, xəsarət alan şəxs hadisə yerinə çağrılmış təcili yardım maşını ilə Mərkəzi Neftçilər Xəstəxanasına aparılıb. Lakin həkimlərin səyinə baxmayaraq, Vladimir Şahacanovun həyatını xilas etmək mümkün olmayıb. Baş vermiş hadisə ilə bağlı müvafiq komissiya yaradılıb. Komissiyanın yekun rəyi ictimaiyyətə açıqlanacaq.

Son xəbərlər

Orphus sistemi