SOCAR daha 3 yataqda yeni quyular qazmağa başlayıb

SOCAR daha 3 yataqda yeni quyular qazmağa başlayıb Quyuların hər birindən sutkada 4-5 ton neft hasil ediləcəyi nəzərdə tutulur
Energetika
11 Avqust , 2016 13:07
SOCAR daha 3 yataqda yeni quyular qazmağa başlayıb

Bakı. 11 avqust. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Kompleks Qazma İşləri Tresti “Pirallahı-dəniz”, “Səadan” və “Darvin bankası” yataqlarında yeni quyular  qazmağa başlayıb.

"Report" SOCAR-a istinadən xəbər verir ki, “Abşeronneft” NQÇİ-nin sifarişi ilə “Pirallahı-dəniz” yatağında 1150 nömrəli meydançadan Qirməkialtı lay dəstəsinə qazılan 1155 nömrəli quyunun layihə dərinliyi 770 metr, “Darvin bankası” yatağında 720 nömrəli meydançadan Qirməkialtı lay dəstəsinə qazılan 767 nömrəli quyunun layihə dərinliyi isə 1 490 metrdir.

Bundan başqa, “Siyəzənneft” NQÇİ-nin sifarişi ilə “Səadan” yatağında 1796 nömrəli quyuda da qazma işlərinə start verilib. Qovundağ Maykop lay dəstəsinə qazılan həmin quyunun layihə dərinliyi 1 300 metrdir.

Geoloqların hesablamalarına əsasən, quyuların hər birindən sutkada 4-5 ton neft hasil ediləcəyi nəzərdə tutulur.

Son xəbərlər

Orphus sistemi