Bakı. 8 iyun. REPORT.AZ/ İmişli rayonunun Məmmədli və Oruclu, Yevlax rayonunun isə Əcəmi və Aşağı Salamabad kəndlərinə ilk dəfə olaraq təbii qaz verilib.
"Report"un
Məlumatda deyilir ki, Yevlax rayonunun 154 abonenti olan Əcəmi kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında 2686 metr polietilen və 9677 metr metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 154 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb. 219 abonenti olan Aşağı Salamabad kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 13 047 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib. Həmçinin 219 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılması həyata keçirilib.