Azərbaycanda daha 4 kəndə ilk dəfə olaraq təbii qaz verilib

Azərbaycanda daha 4 kəndə ilk dəfə olaraq təbii qaz verilib İmişli və Yevlax rayonlarında daha 4 kəndə ilk dəfə olaraq təbii qaz verilib
Energetika
8 İyun , 2015 17:37
Azərbaycanda daha 4 kəndə ilk dəfə olaraq təbii qaz verilib

Bakı. 8 iyun. REPORT.AZ/ İmişli rayonunun Məmmədli və Oruclu, Yevlax rayonunun isə Əcəmi və Aşağı Salamabad kəndlərinə ilk dəfə olaraq təbii qaz verilib.

"Report"un SOCAR-a istinadən verdiyi xəbərə görə,180 abonenti olan İmişli rayonunun Məmmədli kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 9801 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 180 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb. 347 abonenti olan Oruclu kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 30 925 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib. Eyni zamanda 347 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Məlumatda deyilir ki, Yevlax rayonunun 154 abonenti olan Əcəmi kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında 2686 metr polietilen və 9677 metr metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 154 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb. 219 abonenti olan Aşağı Salamabad kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 13 047 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib. Həmçinin 219 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılması həyata keçirilib. 

Son xəbərlər

Orphus sistemi