İEA 2016-cı il üçün qlobal neft tələbini azaldıb

İEA 2016-cı il üçün qlobal neft tələbini azaldıb Bununla yanaşı, 2017-ci il üçün də tələb artımı proqnozu azaldılıb
Energetika
13 Sentyabr , 2016 17:27
İEA 2016-cı il üçün qlobal neft tələbini azaldıb

Bakı. 13 sentyabr. REPORT.AZ/ Beynəlxalq Enerji Agentliyi (İEA) 2016-cı ildə qlobal neft tələbində artımın 200 min barel və ya 0,21% azalaraq 96,1 mln. barel/gün təşkil edəcəyini proqnozlaşdırır. "Report"un "Kommersant" qəzetinə istinadən verdiyi xəbərə görə, İEA-nın hesabatında proqnoz göstəricilərinin azaldılmasına səbəb kimi II rübdə neft tələbinin kəskin azalması göstərilib. Agentlik həmçinin 2017-cı il üçün gündəlik neft tələbində artımı 200 min barel və ya 0,2% azaldaraq 97,3 mln. barelə endirib.

Qeyd edək ki, dünən, sentyabrın 12-də açıqlanan OPEC-in hesabatında 2016-cı ildə gündəlik qlobal neft tələbindəki artım 10 min barel artırılaraq 94,27 mln. barelə çatdırılıb. Bundan başqa, 2017-ci il üçün təşkilatın proqnozlarına əsasən, qlobal neft tələbində artımın 10 min barel çox - 95,42 mln. barel təşkil edəcəyi bildirilir.

Son xəbərlər

Orphus sistemi