Gələn il Azərbaycanda günəş elektrik stansiyalarının tikintisinə başlanacaq

Gələn il Azərbaycanda günəş elektrik stansiyalarının tikintisinə başlanacaq Gələn il ölkənin 7 rayonunda günəş elektrik stansiyalarının tikintisi planlaşdırılır
Energetika
24 Sentyabr , 2014 06:25
Gələn il Azərbaycanda günəş elektrik stansiyalarının tikintisinə başlanacaq
Bakı. 24 sentyabr. REPORT.AZ/ Gələn ilin əvvəlində Azərbaycanın 7 rayonunda günəş elektrik stansiyalarının tikintisinə başlanması planlaşdırılır. "Report"un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Alternativ və bərpa olunan enerji mənbələri üzrə Dövlət Agentliyinin sədri Akim Bədəlov bildirib. 

"Hazırda biz irimiqyaslı layihələrin həyata keçirilməsı mərhələsindəyik. Gələn il Azərbaycanda külək, günəş, kiçik çaylar, eləcə də geotermal sular və bioloji resursların potensialından istifadə etməklə, 300 MVt gücündə alternativ enerji obyektlərinin tikintisini planlaşdırırıq", - deyə A.Bədəlov qeyd edib.

Agentlik rəhbəri, həmçinin vurğulayıb ki, hazırda Azərbaycanda dövlət və özəl sektorun təşəbbüsü ilə alternativ energetika sahəsində bir neçə layihə həyata keçirilir. Bu zaman bu sahənin inkişafına yönəldilmiş dövlət sərmayəsinin həcmi 100 mln. manatdan artıq olub.

Bədəlov bildirib ki, hazırda Dövlət Agentliyi ölkənin regionlarında alternativ enerji sahəsində yeni istehsal obyektlərinin yaradılması üzrə işləri davam etdirir. Sumqayıt, Pirallahı, Qardağ və Samuxda yeni elektrik stansiyalarının tikintisi başa çatıb və onların "Azərenerji" ASC-nin şəbəkəsinə qoşulması prosesi gedir. 

"Bundan başqa, Yeni Yaşmada iki külək elektrik stansiyasının tikinti işləri tamamlanıb. Hazırda yoxlama işləri gedir və yaxın zamanlarda 50 MVt gücündə olan ilk külək elektrik stansiyası "Azərenerji" şəbəkəsinə qoşulacaq", - deyə qurumun rəhbəri bildirib. 

Son xəbərlər

Orphus sistemi