G7 ölkələri Rusiya qazından imtina edəcək

G7 ölkələri Rusiya qazından imtina edəcək G7 ölkələrinin energetika nazirləri Rusiya qazından imtina etmək üçün çalışacaqlarını bildiriblər.
Energetika
30 Aprel , 2024 15:09
G7 ölkələri Rusiya qazından imtina edəcək

G7 ölkələrinin energetika nazirləri Rusiya qazının idxalından imtina etmək üçün işi davam etdirmək barədə razılığa gəliblər.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə nazirlərin İtaliyanın Turin şəhərində keçirilən görüşün yekunlarına dair bəyanatında bildirilib.

Onlar həmçinin bildiriblər ki, Rusiyanın enerji ixracından əldə etdiyi gəlirin azalması Ukraynaya dəstək üçün son dərəcə vacibdir. Ayrı-ayrılıqda G7 ölkələri Rusiyanın nüvə enerjisi ilə bağlı mülki mallardan “asılılığı azaltmağa” hazır olduqlarını təsdiqlədiklərini bəyan ediblər.

Son xəbərlər

Orphus sistemi