"​Fitch": "Türk axını" və "Şimal axını" layihələri təxirə salına bilər

"​Fitch": "Türk axını" və "Şimal axını" layihələri təxirə salına bilər Agentliyin məlumatına görə, layihələrin təxirə salınmasının digər səbəbi Ukrayna olaylarıdır
Energetika
25 Avqust , 2015 11:11
​Fitch: Türk axını və Şimal axını layihələri təxirə salına bilər

Bakı. 25 avqust. REPORT.AZ/ Avropa İttifaqının (Aİ) atdığı addımlar "Türk axını" və "Şimal axını" layihələrini təxirə sala bilər. "Report" xəbər verir ki, bunu "Fitch Ratings" beynəlxaq reytinq agentliyi açıqladığı hesabatda deyib.

Agentliyin məlumatına görə, layihələrin təxirə salınmasının digər səbəbi Ukrayna olaylarıdır: "Hər iki layihənin Ukrayna böhranı və Aİ-nin enerji mənbələrinin şaxələndirilməsi ilə bağlı addımlarına görə təxirə salınacağı ehtimalı böyükdür".

Qeyd edək ki, 2014-cü ilin dekabrında Türkiyə və Rusiya rəhbərlərinin əldə etdiyi razılığa əsasən, Qara dənizdən keçməklə Türkiyə və Avropaya qaz daşıyacaq "Türk axını" kəmərinin illik nəqletmə gücü 63 mlrd. kubmetrdir.

Son xəbərlər

Orphus sistemi