Dünya bazarında neft yenidən bahalaşıb

Dünya bazarında neft yenidən bahalaşıb "Brent"in qiyməti 57 dollar/barelə yaxınlaşıb
Energetika
6 Fevral , 2015 09:25
Dünya bazarında neft yenidən bahalaşıb

Bakı. 6 fevral.REPORT.AZ/ Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin bir barelinin qiyməti 4,02% yaxud 2,03 dollar artaraq 50,48 dollar təşkil edib.

"Report"un verdiyi xəbərə görə, birjalarda "Brent" markalı xam neftin qiymətində də bahalaşma müşahidə olunub. Belə ki, "Brent"in bir barelinin qiyməti 4,26% və ya 2,41 dollar bahalaşaraq 56,57 dollar olub.

Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırkı vəziyyətdə qalarsa, 2015-ci il üzrə neftin orta qiymətinin 58 dollar/barel olacağı proqnozlaşdırılır.

Son xəbərlər

Orphus sistemi