​Dünya bazarında neft yenidən bahalaşıb

​Dünya bazarında neft yenidən bahalaşıb "Brent" markalı neftin qiyməti 50 dollar/barelə çatıb
Energetika
5 Avqust , 2015 09:12
​Dünya bazarında neft yenidən bahalaşıb

Bakı. 5 avqust. REPORT.AZ/ Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin bir barelinin qiyməti 0,57 dollar və ya 1,26% bahalaşaraq 45,74 dollar təşkil edib.

"Report"un məlumatına görə, birjalarda "Brent" markalı neftin qiymətində də müsbət dəyişiklik müşahidə olunub. Belə ki, bu markalı neftin qiyməti 0,95% yaxud 0,47 dollar irəliləyərək 49,99 dollar/barel olub.

Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırkı vəziyyətdə qalarsa, 2015-ci il üzrə neftin orta qiymətinin 52 dollar/barel olacağı gözlənilir.

Son xəbərlər

Orphus sistemi