​Dünya bazarında neft ucuzlaşıb

​Dünya bazarında neft ucuzlaşıb "Brent" markalı neftin qiyməti 63,8 dollar/barelə düşüb
Energetika
4 İyun , 2015 08:25
​Dünya bazarında neft ucuzlaşıb

Bakı. 4 iyun. REPORT.AZ/ Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin bir barelinin qiyməti 1,62 dollar yaxud 2,65% ucuzlaşaraq 61,26 dollar təşkil edib.

"Report"un məlumatına görə, birjalarda "Brent" markalı neftin qiymətində də mənfi dəyişiklik müşahidə olunub. Belə ki, bu markalı neftin qiyməti 2,58%, yaxud 1,69 dollar geriləyərək 63,80 dollar/barel olub.

Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırkı vəziyyətdə qalarsa, 2015-ci il üzrə neftin orta qiymətinin 67 dollar/barel olacağı gözlənilir. 

Son xəbərlər

Orphus sistemi