Bakı. 25 iyun. REPORT.AZ/ Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin bir barelinin qiyməti 0,74 dollar və ya 1,23% ucuzlaşaraq 61,01 dollar təşkil edib.
"Report"un məlumatına görə, birjalarda "Brent" markalı neftin qiymətində isə müsbət dəyişiklik müşahidə olunub. Belə ki, bu markalı neftin qiyməti 0,24%, yaxud 0,15 dollar irəliləyərək 63,49 dollar/barel olub.
Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırki vəziyyətdə qalarsa, 2015-ci il üzrə neftin orta qiymətinin 69 dollar/barel olacağı gözlənilir.